Qəzaya düşən təyyarədə 5 Azərbaycan vətəndaşı var - RƏSMİ

Xəbər verdiyimiz kimi, Azərbaycanın "Silk Way” aviaşirkətinə məxsus təyyarənin Kabildə qəzaya uğraması ilə bağlı məlumat yayılıb. Yayılan informasiyalara Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası münasibət bildirib. Administrasiyadan Avtosfer.az-a daxil olan açıqlamanı olduğu kimi təqdim edirik: "Qeyri-dəqiq məlumata görə, Əfqanıstanın Gilmənd əyalətində Əfqanıstan daxilində yük daşımaları məqsədilə "Silk Way” şirkətindən icarəyə götürülən An-12 yük təyyarəsində aviasiya hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Məlumat Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer hava limanından uçuş zamanı aviasiya hadisəsi baş verməsi barədədir. İcarəyə götürülən təyyarə beynəlmiləl heyət tərəfindən idarə olunurdu. Heyətin tərkibinə Özbəkistan vətəndaşı (kapitan), üç Ukrayna vətəndaşı və beş Azərbaycan vətəndaşı daxildir. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hadisənin araşdırılması üzrə komissiya yaradılıb. Hazırda Əfqanıstan aviasiya qurumları ilə hadisənin səbəblərinin araşdırmaq məqsədilə mayın 19-da komissiyanın nümayəndələrinin hadisə yerinə getməsi üzrə razılaşdırma prosesi gedir.
Komissiya əlavə məlumatı KİV-in diqqətinə çatdıracaq”.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












