Qəzaya uğramış Azərbaycan təyyarəsi ilə bağlı ilkin HESABAT

Dövlətlərarası Aviasiya Komitəsi (DAK) 7 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən Azərbaycana məxsus "An-12" tipli yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması ilə bağlı ilkin hesabatını açıqlayıb. Bu barədə Komitənin çərşənbə axşamı yaydığı məlumatda bildirilir. Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus yük təyyarəsi 18 may 2016-cı il tarixində Əfqanıstanda qəzaya uğrayıb. Qəza Dvayer hava limanından uçuş zamanı baş verib. İcarəyə götürülmüş təyyarə beynəlxalq heyət üzvləri tərəfindən idarə olunub. Onun tərkibinə Özbəkistan, Ukrayna və Azərbaycan vətəndaşları daxil olub. Təyyarə uçuş zamanı sürət yığarkən uçma-enmə zolağından kənara çıxıb və qəzaya uğrayb.
Hesabatda qeyd olunur ki, torpaq ilə hərəkət zamanı təyyarə ciddi şəkildə zədə alıb ki, bu da yanğına səbəb olub və nəticədə təyyarənin böyük hissəsi məhv olub.
"Uçma-enmə zolağının çıxış kandarına təqribən 260 metr qalmış, 220 km/saat cihaz sürəti yığmış (maksimum yığılmış sürət) təyyarənin "özünə" şturvalının lülələrinin əyilməyə başlaması qeydə alınıb. Təyyarənin uçma-enmə zolağından qalxması baş verməyib. Bütün zolaq boyu hərəkət edən təyyarə, 220 km/saat sürət ilə torpaq hissəyə çıxıb", - deyə hesabatda bildirilir.//Report
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO








