Qəzaya uğramış təyyarəyə görə - 2 mln. manat sığorta ödənişi olub

Azərbaycanda təyyarələrin sığortalanması ilə məşğul olan yeganə şirkət - "Silkway Insurance" ASC 9 aylıq yığım və ödənişlərinin həcmini açıqlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə Şirkətdən "Report"a verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında daxilolmaların məbləği 18 266 210 manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 11,87% çoxdur.
Hesabat dövründə "Silkway Insurance"in ödənişləri isə kəskin artıb. Belə ki, Şirkət 9 ay ərzində 2 219 595 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 55,76 dəfə çoxdur.
Kəskin dinamikaya səbəb "Silkway Insurance"in bu il mayın 18-də Əfqanıstanda qəzaya uğramış "Silkway Airlines" MMC-yə məxsus "An-12" markalı yük təyyərəsinə görə ötən ay verdiyi sığorta ödənişi olub. Belə ki, təkcə sentyabrda şirkət 1 950 595 manat ödəniş həyata keçirib. Bu məbləğin isə demək olar ki, hamısı "Silkway Airlines"a ödənilib.
Qeyd edək ki, "Silkway Insurance" həmin təyyarəyə görə, iyulda da 200 min manat ödəniş edib. Başqa sözlə, qəza şirkətə təxminən 2,15 mln. manata başa gəlib.
Təyyarəyə görə sığorta pulu verilməsi "Silkway Insurance"in ödəniş-yığım nisbətinin də kəskin artması ilə nəticələnib. Belə ki, 2016-cı ilin ilk 9 ayında Şirkət topladığı hər 100 manat sığorta haqqının 12,15 manatını müştərilərinə geri qaytarıb. Halbuki, 2015-ci ilin ilk 9 ayında bu nisbət cəmi 0,24% olub.
Xatırladaq ki, "Silkway Insurance" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb, "Silkway Holding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,77 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 844 manat olan 17 500 səhm əsasında formalaşıb. Səhmlərin 38,7%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,7%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19%-i "Silkway Airlines" şirkətinə, 3,6%-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.
Bəzi yollarda tıxac yarandı - SİYAHI Bəzi yollarda tıxac yarandı - SİYAHI
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA










