Qəzvin-Rəşt dəmir yolu xəttinin tikintisi üzrə işlərin 94 faizi tamamlanıb

"Qəzvin–Rəşt dəmir yolu xətti 2018-ci ilin birinci yarısında istifadəyə veriləcək". Bunu APA-ya İran İslami Şura Məclisinin Qəzvindən olan nümayəndəsi Davud Məhəmmədi deyib. Onun sözlərinə görə, Qəzvin-Rəşt dəmir yolunun tikintisi ilə bağlı işlərin 94%-dən çoxu artıq hazırdır. “Büdcə və Proqramlaşdırma Təşkilatı və Yol Nazirliyi ilə aparılan danışıqların nəticəsi olaraq deyə bilərəm ki, şimal-cənub dəhlizinin bu hissəsi gələn ilin birinci yarısında istifadəyə veriləcək”,- deyə D.Məhəmmədi qeyd edib.
D.Məhəmmədi layihənin gecikməsinə səbəb kimi büdcədə mövcud problemlərin olmasını göstərib: “Qəzvin-Rəşt dəmir yolu xətti sərnişin daşımasında, xüsusilə də sərnişinlərin ölkənin şimal bölgəsinə daşınmasında tıxacın və havanın çirklənməsinin qarşısını almaqda bizim üçün çox önəmlidir. Şimal–Cənub dəhlizi çox önəmli tranzit bir dəhlizdir. Xərclərin azalması, təhlükəsiz olması və əsas bir yol olması dəhlizin həm yük, həm də sərnişin daşıması üçün geniş potensiala malik olması baxımından önəmldir”.
D.Məhəmmədi əlavə edib ki, bu yol Hindistanın Bambey şəhərindən başlayır və Finlandiyanın Helsinki şəhərinə kimi uzanır, İran, Azərbaycan, Rusiya və Orta Asiya ölkələri bu dəhlizin üzərindədir.
Qeyd edək ki, 2006-cı ildən tikintisinə başlanılan Qəzvin–Rəşt dəmir yolunun uzunluğu 164 kilometrdir. Qəzvin–Rəşt-Ənzəli-Astara dəmir yolu xətti Şimal–Cənub dəhlizinin əsas tikilməkdə olan halqasıdır. Bundan öncə İranın yol və şəhərsalma nazirinin müavini Xeyrullah Xadimi deyib ki, cari ilin qışın sonuna kimi Qəzvin-Rəşt dəmir yolundan ilk yük qatarı hərəkət edəcək.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












