QHT Forumu İdarə Heyətinin bir illik fəaliyyətinə dair ictimai hesabat keçirilib - FOTO

Azərbaycan Milli QHT Forumu (AMQF) İdarə Heyəti bir illik fəaliyyətinə dair ictimai hesabat xarakterli mətbuat konfransı keçirib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Forumun İdarə Heyətinin sədri Ramil İskəndərli qurumun iflic vəziyyətdən yeni və çevik idarəçilik mexanizminə keçid prosesindən danışıb.
Milli QHT Forumu İdarə Heyətinin üzvü Zaur İbrahimli Qlobal Cənub QHT Platformasının Qoşulmama Hərəkatının QHT şəbəkəsi adını daşımağa tam haqqı olduğunu qeyd edib:
"Qlobal Cənub QHT Platformasına rəhbərliyin Azərbaycana həvalə edilməsi, həmin qərar elan olunarkən 116 ölkə təmsilçisinin bu anı ayaq üstə alqışlarla qeyd etməsi Azərbaycanın beynəlxalq arenada moderator və lider kimi artan rolunu göstərir”.
Forumun İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvanə Vəliyeva QHT-lərin COP29 prosesinə verdiyi töhfələrdən söz açıb.
İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Allahverənov isə ötən bir il ərzində Azərbaycan QHT-lərinin beynəlxalq əməkdaşlığı üçün böyük imkanların açılmasını həm də QHT-lərin inkişafı siyasətinə məsul olan dövlət qurumlarının böyük zəhmətinin, fədakar xidmətinin nəticəsi kimi qiymətləndirib.
İdarə Heyətinin üzvü, Xatirə Vəliyeva Milli QHT Forumunun ictimai təşkilatlarla əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində də səy göstərdiyini qeyd edib:
"Bu barədə ictimai müzakirələr təşkil edilir. Yaxın vaxtlarda təkliflər sistemləşdirilərək aidiyyəti dövlət qurumlarına təqdim olunacaq".
Yekunda o ,Azərbaycan Milli QHT Forumunun İdarə Heyəti bir illik fəaliyyət dövrünün Forum üçün mühüm mərhələnin başlanğıcı olduğunu bildirərək, qarşıdakı dövrdə həm yerli, həm də beynəlxalq miqyasda vətəndaş cəmiyyətinin inkişafına töhfə verməyə davam ediləcəyini vurğulayıb.
Ermənistanda yayda keçiriləcək seçkilərdə Paşinyan qalib gələ biləcək? – Politoloqdan AÇIQLAMA
Əli Əsədov vacib məsələ ilə bağlı nazirləri topladı – Tapşırıqlar verdi - FOTOLAR
Paytaxtın 23 küçəsində tıxac var - SİYAHI
Zabrat‑Maştağa şossesindəki çuxur sürücüləri yarı yolda qoyur – ŞİKAYƏT - VİDEO
Nazir Niyaməddin Musayevin qızını işdən çıxardı
Hikmət Hacıyevin adından yayılan video saxtadır – RƏSMİ AÇIQLAMA
Bakının küçələri yenidən qurularkən nələr nəzərə alınmalıdır? - ARAŞDIRMA
Kəmaləddin Heydərovun işdən çıxardığı şəxs xanımının yaxın qohumu imiş - FAKTLAR
Aİ-92 markalı benzinin ixracına dair göstəricilər açıqlandı
Ərlə arvad bir-birinin maşınını etibarnaməsiz sürə bilər? - Qanunda hələ də boşluq var
Benzinlə bağlı YENİ XƏBƏR – Qiyməti…











