Qisas almaq üçün deputatın maşınını yandırdı

Polislər yerli regional qanunvericilik məclisinin deputatı Roman Litvinovun avtomobilini yandırdığını etiraf edən Rusiyanın Kamçatka vilayətinin Yelizovo şəhər sakinini saxlayıblar. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, məlumata görə, şəhərin 45 yaşlı işsiz sakini avqustun 25-də Kia Soul markalı avtomobili yandırıb. Həmin gün avtomobilin sükanı arxasında onun sahibinin həyat yoldaşı olub. Hadisə də həmin qadının işlədiyi binanın yaxınlığında baş verib. Saxlanılan şəxs bildirib ki, o yanğını qisas məqsədilə törədib. O, iddia edib ki, Kia Soul-un sürücüsü bir neçə gün əvvəl onun motosiklinin qabağını kəsib. Bayker isə sürücünün kim olduğunu görməsə də, avtomobilin nömrəsini yadında saxlayıb. Avtomobili yandıran şəxsə qarşı başqasının mülkiyyətini qərəzli şəkildə məhv etməsi və zərər yetirməsi maddəsi ilə cinayət işi başlanılıb. Şübhəli şəxsin dilindən şəhərdən kənara çıxmamasına dair iltizam alınıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












