Qışda qəza riskini azaltmaq üçün sürücülər nə etməlidir? – AÇIQLAMA

Qış mövsümündə hava şəraitinin dəyişməsi avtomobillərin idarə olunmasını çətinləşdirir. Yağış, qar və şaxta yollarda sürüşmə riskini artırmaqla yanaşı, texniki nasazlıqların da qəzalara səbəb olma ehtimalını yüksəldir. Bu səbəbdən sürücülərin avtomobillərini qış mövsümünə uyğun hazırlaması vacibdir.
Avtosfer.az xəbər verir ki, qış mövsümündə avtomobillərin texniki hazırlığı və sürücülərin təhlükəsizlik qaydalarına əməl etməsi xüsusi əhəmiyyət daşıyır.
Bəs sürücülər avtomobillərini qışa hazırlayarkən nələrə diqqət etməli və əlverişsiz hava şəraitində hansı qaydalara əməl etməlidirlər?
Mövzu ilə bağlı avtomobil ustası Dəniz Ağabəyli Avtosfer.az-açıqlamasında bildirib ki, qış aylarında sürücülərin yol verdiyi əsas səhvlərdən biri avtomobillər arasında təhlükəsiz ara məsafəsinin düzgün seçilməməsi və sürət həddinə əməl olunmamasıdır:

"Xüsusilə qarlı və buzlu yollarda, eləcə də enişli-yoxuşlu ərazilərdə avtomobil idarə etmək təcrübəsi az olan sürücülər daha çox çətinlik çəkirlər. Belə hallarda sürücülərə sürəti azaltmaq, mexaniki sürətlər qutusunda aşağı ötürmələrdən, avtomatik transmissiyalı avtomobillərdə isə tiptronik rejimdən istifadə etməklə mühərrik əyləcləməsinə üstünlük vermək tövsiyə olunur. Əyləc pedalından kəskin istifadə avtomobilin sürüşməsinə səbəb ola bilər. Digər tərəfdən, avtomobillərin qış mövsümünə texniki hazırlığı da xüsusi əhəmiyyət daşıyır. Sürücülər şinlərin protektorlarının vəziyyətini yoxlamalı, xüsusilə rayonlara səfər edənlər qış təkərlərindən istifadə etməlidirlər. Eyni zamanda, əyləc mayesinin, antifrizin, avtomobilin alt işlək hissələrinin, sükan mexanizminin və təkər bucaqlarının tənzimlənməsinə diqqət yetirilməlidir. Antifrizin əvəzinə sudan istifadə etmək mühərrikə zərər verə bilər. Bakı kimi qışı nisbətən mülayim keçən ərazilərdə protektorları saz olan şinlərdən istifadə mümkün olsa da, sərt qış şəraiti olan rayonlarda mövsümə uyğun təkərlərin seçilməsi vacibdir".
Fatimə
Qiymət artımının qarşısını almaq üçün hansı addımlar atılmalıdır? – AÇIQLAMA
Ərdoğan Zəfər Günü Azərbaycana gəlir
Əhmədlidə obyekt tikintisi zamanı 5 ağac betonun içində qalıb – VİDEO
Bu gün maşınla yola çıxanların NƏZƏRİNƏ!
Rusiya-Ukrayna müharibəsindən ən çox yararlanan Hindistandır - POLİTOLOQ
Bakıda sıxlıq olan yollar AÇIQLANIB - YENİLƏNİB
Tıxacda avtomobillər arasında neçə metr məsafə olmalıdır? – EKSPERT
Bakıda piyadaların hərəkətini çətinləşdirən əsas problem nədir? – ARAŞDIRMA
Bakıda eyni ildə tikilən binalardan birinə niyə abidə statusu verilməyib? - FOTO
Sumqayıtda Sovet dövrünə aid elektrik dirəkləri təhlükə saçır - VİDEO
Prezidentin adından yayılan mesaj saxtadır: Bu linkə TIKLAMAYIN! – FOTO












