Qiymət artımının səbəbi bilindi: "Kreditlərin ödənməsini xalqın çiyninə qoydular"

"Qiymət artımın əsas səbəbi bir neçə gün bundan öncə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Asiya İnkişaf Bankı ilə 700 milyon dollarlıq kredit müqaviləsi imzalamasıdır. Hökumət kreditin qaytarılmasının bir hissəsini qiymət artımı vasitəsilə xalqın çiyninə qoydu".
Avtosfer.az xəbər verir ki, bu sözləri "qaynarinfo.az"a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Tarif Şurasının elektrik enerjisinin qiymətini qaldırmasına münasibət bildirərkən deyib.
Natiq Cəfərli bildirib ki, indi tariflərin qaldırılmasının heç bir ciddi əsası yox idi: "Tarif Şurası və "Azərişı" ASC-nin verdiyi açıqlamalar tamamilə məntiqsiz bir açıqlamadır. Açıqlamada deyilir ki, abonentlərin sayı 2.5 dəfə artıb. Bir milyondan 2.5 miyon nəfər olub. Ona görə də qiymətin artırılması zərurəti yaranıb. Əslində çox məntiqsiz açıqlamadır. Abonentlerin sayı artıbsa, deməli satışlar artıb. Satışlar artanda isə şirkət daha çox gəlir götürməli idi".
Ekspertin fikrincə, indiki tarif artımı infilyasiyanı daha da artıracaq: "Qiymət artımına yol açacaq. Əsasən də az təminatlı ailələrin büdcəsinə ciddi təsir edəcək. İlkin hesablamalara görə, əhalidən ildə təqribən 60 milyon manat əlavə vəsait toplanacaq. Bir qəpiyin özü çox az görünsə də, ümumi artım 17 faiz olub. Əslində bu ciddi artım sayılır".
Natiq Cəfərli vurğulayıb ki, Tarif Şurasının məqsədi təbii inhisarların insanlara vurduğu ziyanın qarşısını almaq olmalıdır: "Bu əhalinin keşiyində durmalı olan bir orqandır. Amma görünən budur ki, heç bir lüzum olmadan qiyməti qaldıraraq, "Azərişıq"ın götürdüyü kreditlərin qaytarılmasının bir hissəsini əhalinin çiyninə qoydular. Qiymət artımı üçün elektrik enerjisinin maya dəyərində heç bir artım olmayıb. Çünki elektrik enerjisinin alınması üçün istifadə olunan bütün vəsait daxili istehsal hesabına görülür. Su, mazutla və qazla işləyən elektrik stansiyalarının xammalı Azərbaycanın özündə istehsal olunur. Xaricdən gətirilmir ki, devalvasiyaya görə qiymət artımına getmək vacib olsun. Bütün bunların səbəbi iqtisadi səbəb deyil. Bir sözlə "Azərişıq" ASC-nin normal idarə edilməməsi nəticəsində yaranan borc yükünü əhalinin çiyninə qoydular".
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










