Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - CƏRİMƏ XƏBƏRDARLIĞI - VİDEO

Qanunvericiliyə görə, pərakəndə ticarət fəaliyyəti göstərən subyektlər alıcıya qəbz və ya bank çıxarışı verməyə borcludurlar. Bu, qızıl kimi dəyərli məhsullar üçün də keçərlidir. Lakin demək olar ki, heç bir qızıl mağazalarında bu halla qarşılaşmırıq.
Avtosfer.az-ın məlumatına görə, İqtisadçı Rəşad Həsənov bildirib ki, rüblük dövriyyəsi 2000 manatdan yuxarı olan istənilən pərakəndə ticarət müəssisəsi mütləq kassa aparatları və POS-terminallar quraşdırmalıdır.
"Qızıl məhsullarına münasibətdə "Nağdsız ödənişlər haqqında" Qanuna görə, əgər dövriyyə 15 min manatdan yuxarıdırsa, bu şərtlər daxilində ödəniş mütləq nağdsız qaydada həyata keçirilməlidir. Bu, qanunvericiliyin tələbidir", - deyə Rəşad Həsənov qeyd edib.
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, nəzarət-kassa aparatları və POS-terminallar vasitəsilə aparılan hesablaşmalarda qəbzin təqdim olunmaması vergi qanunvericiliyinin pozulması sayılır. Bu hal ilk dəfə aşkarlanarsa, 1000, ikinci dəfə 3000, üç və daha çox təkrarlandığında 6000 manat cərimə tətbiq olunur.
Ətraflı Baku TV-nin süjetində:
Ramazan ayının iyirmi səkkizinci gününün duası: İmsak və iftar vaxtı
Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTOLAR
Bakıda bu ərazilər YENİDƏN QURULACAQ
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO
Nəqliyyat sistemi modernləşdirilir – Tıxacla mübarizədə başqa addımlar da atılmalıdır
Bakıda avtobus zolaqları genişlənəcək - Ekspert açıqladı
“Nizami” metrosunun qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edildi - VİDEO
Robert Köçəryanın Qarabağla bağlı dedikləri Ermənistanı çalxalayıb - POLİTOLOQ
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ










