“Qızıl medal haqqında düşünmürdüm” - Olimpiya çempionumuz

Rioda keçirilən Olimpiya Oyunlarında Azərbaycan ilk qızıl medalının qazanıb. “Qafqazinfo” xəbər verir ki, taekvando üzrə millimizin üzvü Radik İsayev tarix yazaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, final görüşündən sonra sevincini bölüşüb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətini Səmayə Məmmədovaya danışan İsayev bunları deyib: “Sadəcə ayaqlarım ağrıyır. İlk döyüşdən belə idi. Mən özümə söz verməmişdim çempion olacam. Sadəcə bacardığımın ən yaxşısını etdim. Hər döyüşdə belə edirəm. Fikirlərim düşdüyüm situasiyaya görə dəyişir. Özüm özümə “çıxım çempion olum” deyə bilmərəm. Rəqiblərin heç birinin fərqi yox idi. Qələbəmi, qızıl medalımı ilk azarkeşim olan anama həsr edirəm. O, mənim medallarımı yığır. Bunun üçün otaq da ayırıb. Mənim kolleksionerim odur. Onun üçün qalib olduğum turnirin fərqi yoxdur”.
İsayev bayrağımızı ən yüksəyə qaldırdığı üçün qürur duyduğunu bildirib: “Azərbaycan bayrağını yüksəkdə görəndə qürur duydum. O hissləri tam ifadə etmək mümkün deyil. İstəmirəm qızıl medallar mənimlə bitsin. Lorenzo Sotomayora da uğurlar arzu edirəm. Başqa nə deyə bilərəm? Qızıl haqqında düşünmürdüm. Məqsədim medal qazanmaq idi. Ancaq sonda birinci oldum və biz Azərbaycan himnini Rioda dinlədik”.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












