Qızının toyu ilə gündəmə gələn məmurla bağlı - Araşdırma başladı

Qızı Aysel Şükürovanın dəbdəbəli toyu ilə gündəmə gələn Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun fəaliyyəti barəsində araşdırma başladılıb. Bu barədə məlumat “qafqazinfo”ya hüquq-mühafizə orqanlarından daxil olub. Məlumata görə, günlərdir keçmiş həyat yoldaşından ayrılaraq yenidən ailə quran və özünə dəbdəbəli nikah-toy mərasimləri təşkil edən və bunu nümayişkaranə şəkildə internetdə yerləşdirən məmur övladı Aysel Şükürovanın qalmaqalı artıq ən üst dairələrin də diqqətini çəkib. Qızın yeni həyat yoldaşı ilə bahalı həyat tərzi sürməsinə məhz atası, Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun məmur kimi qazandığı pulların səbəb olması ilə bağlı ittihamlar onun barəsində araşdırmaların başlamasına səbəb olub. Belə ki, artıq Bakının bütün əraziləri üzrə Bakı Lift İdarəsinin fəaliyyəti, liftlərin kimlər və hansı qaydalarla qurlaşdırılması, onlara xidmət və digər məsələlər ətrafında hesabatın hazırlanaraq müvafiq qurumlara təqdim olunmasına dair göstəriş verilib.

Məlumat üçün bildirək ki, Şükürovun keçmiş kürəkəni, onun qızından ayrılan Elşən Əsgərli bu ailənin haqqında olduqca sərt ittihamlar səsləndirib, qızın atasının korrupsiya ilə məşğul olduğunu və topladığı misilsiz var-dövlətlə xüsusi qoçu dəstələrini saxladığını deyib. Hər iki tərəfin bir-birilərinə qarşı ağır ittihamları olub. Aysel və onun yeni həyat yoldaşı Oqtay xanımın keçmiş əri Elşən Əsgərlinin narkotik dispanserdə qeydiyyatda olduğunu və normal həyat tərzi keçirmədiyini iddia ediblər.
Bu arada xatırlatmaq yerinə düşər ki, Azərbaycanda yüksək rütbəli məmur övladlarının dəbdəbəli həyat tərzi, bahalı toy-ad günü mərasimləri ilə dəfələrlə dövlət başçısı tərəfindən xəbərdarlıqlar edilib, məmur övladlarının harın həyat tərzinə görə onların cəzalandırılacağı qeyd olunub. Bununla bağlı kifayət qədər nümunələr də mövcuddur. Belə görünür ki, indi növbə qızı Aysel və kürəkəni Oqtayın “sayəsində” ölkənin baş “liftyoru” Qüdrət Şükürovundur…
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












