Qobuda məktəbin yanında yol çöküb; qurumlardan səs-soraq yoxdur - VİDEO

Abşeron rayonununda sakinləri narahat edən yeni bir problem yaranıb.
Avtosfer.az xəbər verir ki, rayonun Qobu kəndidə uşaqların və avtomobillərin hər gün keçdiyi ərazidə asfalt 2 gün əvvəl gözlənilmədən çöküb. İlk baxışdan kiçik bir dəlik kimi görünən bu çökəkliyin altında, sanki torpaq yumşalaraq yolun bir hissəsini içəriyə çəkib.
Sakinlərin sözlərinə görə yaxınlıqda məktəb var və uşaqlar tez-tez həmin ərazidən istifadə edir. Bu vəziyyət sürücülər üçün bu sadəcə narahatlıq yox, həm də ciddi təhlükə mənbəyinə çevrilib. Günün pik saatlarında həmin yoldan həm məktəb avtobusları, həm də minik maşınları keçir. Asfaltın ortasında yaranan bu dərinlik, hər an qəza təhlükəsi yarada bilər.
Hadisə yerinə hələlik heç bir rəsmi qurumun nümayəndəsi gəlməyib. Sakinlər isə öz imkanları ilə təhlükənin qarşısını almağa çalışıblar və dəliyin ətrafına iri daşlar düzüb, keçidə xəbərdarlıq nişanı əvəzi qoymağı cəhd ediblər. Vətəndaşlar asfaltın keyfiyyətsiz olması bir yana, onun alt qatını yuyub aparan suların düzgün tənzimlənməməsinin də vacibliyini bildiriblər.
Sakinlər məsələnini qısa zamanda həll olunmasını və yeni asfalt ilə əvəzlənməsini istəyirlər.
Fidan
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












