Qobudakı dəhşətli qəzaya səbəb nə oldu? - VİDEO

Dekabrın 8-də Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Yağışlı hava şəraitində yük maşınının sürücüsü avtomobilin idarəetməsini itirərək, qarşıdan gələn minik maşınına çırpılıb. Hadisə nəticəsində minik maşınının sürücüsü və avtomobildə olan bir sərnişin həyatını itirib, digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Son dövrlərdə yollarda bu tip qəzaların sayının artması müşahidə edilir.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, yol şəraiti qəzaya səbəb olan amillərdən biridir. Ekspert Qobuda baş verən qəzanın yük avtomobilinin sürücüsünün qeyri-peşəkar olması, yağışlı hava, sürüşkən yol və yüksək sürət həddi ilə əlaqəli olduğunu bildirib. Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Elvin Hacıyev isə asfalt örtüyü yaş olanda sürət həddinin minimuma endirilməli olduğunu vurğulayıb.
O əlavə edib ki, ara məsafəsi normadan artıq saxlanılmalı, avtomobil texniki cəhətdən saz vəziyyətdə idarə edilməli, şinlər mövsümə uyğun olmalıdır:
"Xarici işıq cihazları, şüşə silgəcləri tam işlək vəziyyətdə olmalıdır ki, sürücü rahat və təhlükəsiz şəkildə hərəkət edə bilsin. Həmçinin piyadalar da hava şəraitinin çətin və təhlükəli olduğunu nəzərə alaraq daha ehtiyatlı olmalıdırlar. Unutmaq olmaz ki, asfalt örtüyünün yaş olması qəzaların baş verməsi üçün daha əlverişli şərait yaradır".
Daha ətraflı Baku TV-nin süjetində:
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO
İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI










