Qobustan sakinləri yolların baxımsız olmasından ŞİKAYƏTÇİDİRLƏR - FOTO

Qaradağ rayonu, Qobustan qəsəbəsi, Yeni yaşayış massivi 1A ünvanında yaşayan sakinlər yolların vəziyyətindən narazıdır.
Onlar şikayətlərində bildirirlər ki, vaxtilə orada yerləşən dəmir yolu söküldükdən sonra ərazi baxımsız qalıb:
"Yollarımız baxımsız vəziyyətdədir. Uşaqlarımız məktəbə gedib-gələ bilmirlər. Ərazidə əvvəl dəmir yolu var idi. Daha sonra bu yol söküldü və ancaq betonlar və torpaq qaldı. Hələ də bu yolun asfaltlanması istiqamətində işlər görülmür. Yol torpaq olduğu üçün yağış yağanda palçıq olur, hərəkət etmək müşkülə çevrilir. Nə işə gedə bilirik, nə də uşaqlarımız dərsə gedə bilir".
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Oxu.az-a Qobustan Qəsəbə Bələdiyyəsindən bildirilib ki, qeyd olunan ərazidəki vəziyyətdən xəbərdardırlar və yaxın gələcəkdə yola asfalt qatı döşənəcək:
"Sözügedən ünvanda yollar ölçülüb, torpağın üzərində hamarlanma işləri görülüb. Yaxın gələcəkdə - COP29 tədbirindən ya əvvəl, ya da sonrakı ayda 1 200 metrlik yolda asfaltlama işləri görüləcək".
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ










