Dəhşətli qəzada həlak olan gənc qızın nişanlısı ilə son paylaşımı ürək parçaladı - VİDEO

Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində baş verən dəhşətli yol-nəqliyyat hadisəsi zamanı həlak olan nişanlı qızın son paylaşımı hər kəsi qəhərə boğdu.
Avtosfer.az xəbər verir ki, hadisə nəticəsində dünyasını dəyişən beş nəfərdən ikisi - 2006-cı il təvəllüdlü Səmayə Talıbova ilə 2000-ci il təvəllüdlü Əmrah Nuriyevin yaxın günlərdə nişan mərasimi olacaqmış. Səmayə Talıbovanın Bakıya yola düşərkən paylaşdığı görüntülər sosial şəbəkə istifadəçilərini təsirləndirib. Gənc qız son paylaşımına “hazırlaşın, nişanlanırıq” şəklində qeyd əlavə edibmiş.
Xatırladaq ki, ötən gün Qobustanda baş verən dəhşətli qəzada dünyasını dəyişən şəxslər bir ailənin üzvləridir. Belə ki, 1990-cı il təvəllüdlü Məhərrəm Səmədov və 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova ər-arvad olublar. Qəzada ölən azyaşlı isə onların övladıdır.
Qəzada ölən Əmrah Nuriyev Şəbnəm Səmədovanın qardaşı, xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə anasıdır.
Hadisə nəticəsində həlak olan 2006-cı il təvəllüdlü Səmayə Talıbova ilə 2000-ci il təvəllüdlü Ə.Nuriyevin yaxın günlərdə nişan mərasimi olacaqmış. Onlar Bakıya nişan üzüyü almaq üçün gedirmişlər.
Oxu.Az
Azərbaycan-İran sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırıldı
"Bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?!" - İlham Əliyev
"İran tərəfindən 4 pilotsuz uçuş aparatı hücum aktlarını törədib" - Müdafiə Nazirliyi
Naxçıvana edilən dron hücumları ilə bağlı cinayət işi başlandı - YENİLƏNİB
“Onların başı “Dəmir yumruq” vasitəsilə yarıldı, bugünkü hadisə də eyni nəticəni hasil edəcək”
İran əhalisi Molla rejimindən qurtulmaq üçün öz sözünü deməlidir – Ədalət Verdiyev
İlham Əliyev: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycanda kartofun qiyməti artmağa davam edir; Nələr baş verir? - Ekspertlər AÇIQLADI
İrandan dron hücumu ilə bağlı - Açıqlama - VİDEO
Naxçıvan aeroportunun uçuş-eniş zolağına da zərər dəyib - FOTOLAR
Dron hücumu nəticəsində xəsarət alanlardan birinin kimliyi bilindi - FOTOLAR - YENİLƏNİB








