"Qoca” maşının pəncərəsindən çıxıb qaçmaq istəyərkən vurulub - Detallar

Xəbər verildiyi kimi, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən, “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun yaxalanmasına yönəlik keçirilən əməliyyat zamanı, polislə bir qrup silahlı şəxs arasında atışma olub. Bizimxeber.az-a hadisənin bəzi detalları məlum olub. Məlumata görə, E. Məmmədov “Great wall” markalı, 90 US 291 dövlət nömrə nişanlı avtomobillə Bakıdan Hacıqabul istiqamətinə hərəkət edirmiş. PPX əməkdaşları şübhəli avtomobil kimi, sürücüyə dayanma əmri veriblər. Lakin sürücü əmrə tabe olmadığı üçün, hüquq-mühafizə orqanlarının əməkdaşları silaha əl atmalı olublar.
Avtomobildə E. Məmmədov sərnişin qismində olub. Silahlı qarşıdurma zamanı sürücü sükann arxasında öldürülüb. “Qoca” isə avtomobilin pəncərəsindən çıxıb qaçmaq istəyərkən vurulub. Ağır yaralı olan Məmməmov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












