Banner

Qocanın Fədayə Laçına yazdığı şeirlər: Sevgilim...

Gündəm 4 Noyabr 2017 10:50 Oxunub 3348
Qocanın Fədayə Laçına yazdığı şeirlər: Sevgilim...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qocanın anası Svetlana xanım oğlunun sənətə, şeiriyyata marağının, bağlılığının olduğunu bildirib

Qocanın şeiriyyata, ədəbiyyata marağı, bağlılığı vardı. Avtosfer.az teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri "Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədovun anası Hacıqabula yas mərasiminə ezam olunmuş müxbirimizlə söhbətində deyib və onun əlyazmalarını göstərib. Qocanın anası Svetlana xanım oğlunun sənətə, şeiriyyata marağının, bağlılığının olduğunu bildirib.

Mərhum avtoritetin şeirlərini təqdim edirik:

 

20 Mart 2015 (Hacıqabul)

 

Ey canımın can evi sevgilim!

 

Cahani sərvətim sənsiz bir heçdir

 

Çəkdirmə bu dərdli könlümə əzabi-cəfanı bəsdir.

 

Dəvayi-dərman yox könlümə səndən ayrısı,

 

Nə olar gələsən qəlb evimə şəmsdə nur saçsın

 

Seyr etdikcə gözlərini, qaranlığında mən itirim özümü

 

Alasan əllərinlə canımı, verəsən bülbüli cənnəti

 

Öpəsən al dodağımdan, içərəm zəhri şərabından

 

Deyəsən kəlmeyi eşqin şəhadətini

 

Ölərəm sən yolunda divanə Şəms kimi

 

Nə karədir xəstə qəlbim ovuna sənsiz

 

Alar həqiqi talib nəfəsin

 

Keçərəm eşqin yoluna, verərəm cümlə həyatı yarıma

 

Qoymaram kimsə toxuna ona

 

Çəkərəm hər nazını, dözərəm əzabına.

 

***

 

Sevgilim gələsən bir gün, seyr edim səni kənardan

 

Doymaram o cahi-cəlallı camalından

 

Söylərəm qəlb evimin kəlmələrin, alaram əqlini başdan

 

Toxunub mən sənə verərəm sərvəti dünyanı yenə

 

Açaram eşqin qapısın salaram qəlb evinə

 

Vermərəm əğyarə səni qoymaram toxuna sənə bir yad əli

 

Qoruyaram eşqimizi bu göz bəbəyim kimi...

 

***

 

14 aprel 2015 (Hacıqabul)

 

Ey mənim həyat dostum!

 

Necədir hali-fəğanın bilmək istər sevgili cananın

 

Hüzn ilə boğulan bu canımın dəvasıdır bir kəlmən

 

Verilən hər sözündür atəş olub süzülən gözlərindən

 

Ey mənim bəsirətim olan sevgilim!

 

Görməsə də gözlərim bir kimsələri

 

Aydınlıq olur cahan görüncə o gözlərini

 

Bitməz tükənməz oldu bu hicranın

 

Fəqət xoşdur çəkilən hər cəfan

 

***

 

Yenə çökür üstümə gecələrin zülməti

 

Arayıb axtararaq sevgilimin əllərini

 

Bəlkə tutar əlimdən verər təsəlli bu xəstə aşiqinə

 

Bəlkə görüb halımı son qoyar bu zülmünə

 

Amma nə fayda sözlərimdən bizə, ayırır yollar bizi

 

Verir öz həsrətini, alır qəlbimizi

 

Yazılıbmış alnımız ayrılıq günlərimiz

 

Gedəcək olur həsrətdə bzizim öz evimiz.

 

27 may 2015 23:21

 

Dedilər

 

1) Dedilər getmə, unut məhv edər səni

 

Baxdı gözlərim o üzlərə, söylədi dilim;

 

"Onsuz bu həyat məhv edər məni

 

2) Dedilər aldadır, atıb gedər bir gün səni

 

Dedim vardır onun vicdanı

 

Nə aldadar, nə atar.

 

Qoruyar məni öz canı kimi

 

3) Dedilər, vardır cəzası illər boyunca

 

dözməz ürəyin sevgi yoluna

 

Dedim, getsə də həyatım, solsa da güllərim

 

Gözlərəm onu ömrüm boyunca

 

4) Dedilər sevgi deyil, cavanlıq həvəsidir, aldatma özünü

 

Doldu gözüm, dedim şahiddir qəlbimin

 

allahı varsa, bir yalan yanlışım

 

Atsın cəhənnəm oduna yanım-alışım

 

5) Dedilər, bəs hanı o cani-könüldən gülüşlərin?

 

Dedim, necə gülsün o gözlər ki,

 

görmür cani könlümün gözlərin?

 

1) Dedilər, bəs hanı o nazi-qəmzən?

 

Hardadır sənin əndazəli yerişlərin, süzülən baxışların?

 

Dedim, o naz qəmzəni sevgim,

 

əndazəli yerişlərimi eşqim,

 

 

Süzülən baxışlarımı isə yaşlı gözlərim əvəz etdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh