"Qoca"nın zərərsizləşdirilməsi zamanı yaralanan şəxsdən xəbər var

"Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədovun zərərsizləşdirilməsi ilə bağlı keçirilən əməliyyat zamanı saxlanılan yaralanan dəstə üzvü Anar Əsgərov xəstəxanadan çıxarılıb. Avtosfer.az xəbər verir ki, bunu APA-ya açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov deyib. O bildirib ki, A. Əsgərova lazımi tibbi yardım göstərilib, onun səhhəti normaldır və həyatı üçün heç bir təhlükə yoxdur: "Buna görə də dünən o istintaqa cəlb edilmək üçün xəstəxanadan çıxarılıb".
Qeyd edək ki, oktyabrın 23-də Bakıya etap zamanı konvoy mühafizəsi altından qaçmış, ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən, əvvəllər dəfələrlə məhkum olunmuş Etibar Məmmədovun tutulması istiqamətində həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə onun Hacıqabul rayonunda tanışı İlqar Əzimova məxsus evdə gizləndiyi məlum olub. Etibar Məmmədov və İlqar Əzimovun noyabrın 1-i saat 23 radələrində paytaxt sakinləri Anar Əsgərov və Şahmar Bəyəlizadə ilə birlikdə Bakı-Ələt yolunda hərəkətdə olmaları müəyyən edilib və onların saxlanılması üçün xüsusi əməliyyat keçirilib.
Adı çəkilən şəxslər polis əməkdaşlarının avtomobili polis postunda saxlamaq barədə tələbinə tabe olmayaraq avtomobili onların üzərinə sürüb və odlu silahdan atəş açmaqla həmin ərazidən uzaqlaşmağa cəhd göstəriblər.
Əməliyyat qrupunun cavab tədbirləri ilə Etibar Məmmədov və İlqar Əzimov yaralanıb və onlar tibbi yardım göstərilməsi üçün müalicə müəssisəsinə aparılarkən yolda ölüblər. Digər yaralı Anar Əsgərov xəstəxanaya yerləşdirilib, heç bir xəsarət almayan Şahmar Bəyəlizadə saxlanılıb.
Ş.Bəyəlizadə barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












