"Qoca"ya kömək edən qadının və taksi sürücüsünün həbs müddəti uzadılıb

Bu gün Nəsimi Rayon Məhkəməsində Ağstafa rayonu ərazisində "Qoca" ləqəbli dustaq Etibar Məmmədovun həbsdən qaçmasına yardım etməkdə ittiham olunaraq saxlanılan Günay Atakişiyeva və taksi sürücüsü Məhəmməd Hacıyevin barəsində seçilən həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. "Report"un məlumatına görə, məhkəmə təqdimatı təmin edib. Hər iki şəxsin həbs müddəti 3 ay uzadılıb.
Xatırladaq ki, taksi xidməti göstərən M.Hacıyev G.Atakişiyeva ilə birlikdə məhbus Etibar Məmmədovun qaçmasına yardım göstərməkdə təqsirli bilinir. Onların hər ikisi Ağstafa rayon ərazisində həbs edilib, E.Məmmədov isə oradan qaçıb. M.Hacıyev və G.Atakişiyevanın barələrində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hər iki şəxs Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunurlar.
Qeyd edək ki, məhbus Əli Ağami və digər məhbus, "Qoca" ləqəbli E.Məmmədov ötən oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar. Bir müddət sonra Ə.Ağami Şirvanda həbs edilib. E.Məmmədov isə əməliyyat zamanı öldürülüb.
Cinayət işi üzrə müğənni Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO










