"Qoçu" bu dəfə gecə klubunu "basdı"

Bir müddət əvvəl xəbər vermişdik ki, "8-ci km" bazarının sahibi Nadir Əzizovun oğlu İsa Əzizov Tiflis prospektində yerləşən "Azpetrol" yanacaqdoldurma məntəqəsində satıcını döyüb. Həmin vaxt Əzizov 90-HN-999 dövlət nömrə nişanlı "Bentley" avtomobili ilə "zapravka"ya yaxınlaşıb və 100 manatlıq uzadaraq, qalıq pulun geri qaytarılmasını tələb edib. Bu zaman əməkdaş ondan gözləməyi xahiş edib. Amma bu, "Bentley" sərnişinlərinin xoşuna gəlmir və onlar həmin oğlanla mübahisə etməyə başlayırlar. Nə baş verdiyini aydınlaşdırmaq üçün maşına yanacaqdoldurma məntəqəsinin mühafizəçisi Sadiq Bağırov gəlir və sərnişinlərə gözləməyi tövsiyə edir.
Bu da ikinci qığılcıma səbəb olur. Maşından düşən "qoçular" S.Bağırovu mağaza tərəfə, təhlükəsizlik kameraları olmayan istiqamətdə sıxışdırırlar. Bir neçə dəqiqə sonra isə hadisə yerinə ağ rəngli "Prado" daxil olub. Bu maşından da idmançılar düşərək məntəqənin işçilərinin üstünə gedib və dava etməyə başlayıblar. Bundan sonra, "Bentley"nin sürücüsü maşınından silah götürərək, "hamını güllələyəcəyəm" deyib.
Amma dostu silahı onun əlindən almağa müvəffəq olub. Daha da hiddətlənən "Bentley" sürücüsü POS-terminalı götürərək Sadiq Bağırova başından zərbələr endirməyə başlayıb.
Avtosfer.az jam.az-a istinadən bildirir ki, bu, İsa Əzizovun adının qarışdığı ilk insident deyil. Onun ötən ilin mayında dostları ilə birgə Bakının karaoke-klubu "Famous"da qızları döyməsi hələ də səs-küyə səbəb olmaqdadır.
Qeyd edək ki, İsa Əzizov "Azpetrol" olayından sonra polis tərəfindən saxlanılmışdı. Hətta məhkəmənin qərarı ilə ona 30 sutka həbs cəzası da verilmişdi. Bu yaxınlarda həbsdən çıxan Əzizovun adı daha bir qalmaqala qarışıb. Bu barədə sayta məlumat verən oxuculardan biri bildirib ki, bazarkomun oğlu bu günlərdə Bakıdakı tanınmış gecə klublarının birində dava salıb. Belə ki, İsa Əzizov dostu ilə birlikdə həmin klubun mühafizəçisiylə əlbəyaxa olublar. Döyüşdə mühafizəçi Əzizov və dostunu döyüb. Amma məsələ bununla da bitməyib.
Mənbəmiz bildirir ki, İsa Əzizov və dostu həmin mühafizəçiyə xəbərdarlıq ediblər ki, yaxın günlərdə yenə gəlib, haqq-hesab çəkəcəklər.
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA












