Qohumların evini talan edib avtomobilləri yandıran şairə hökm oxundu

Ağcabədi rayonunda qohumlarının evini talan edib, avtomobillərini yandıran şəxsə hökm oxunub. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, 2014 və 2016-cı illərdə Laçın rayonundan olan məcburi köçkün Xanəli Verdiyevə məxsus “VAZ 21015” və “Mercedes-190” markalı avtomobillərin yandırılması faktı üzrə istintaq başa çatıb. İstintaq zamanı hadisənin zərərçəkənin qohumu və qonşusu İkram Şükürov tərəfindən törədildiyi məlum olub. İ.Şükürovun 2015-ci ildə 3 qonşusu və qohumlarının evini talan etməsi faktları da aşkarlanıb. Laçın rayon məhkəməsinin qərarı ilə İ.Şükürov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bununla yanaşı, məhkəmə “Mercedes” markalı avtomobilə dəyən ziyanın ödənilməsi barədə də qərar çıxarıb. İ.Şükürovun şair, 1 şer kitabının müəllifi olduğu bildirilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI

















