Qonşuları narazı salan təmir PROBLEMİ: Həll yolu nədir? - AÇIQLAMA

Tez-tez qonşuluqda, evimizə yaxın ərazidə aparılan tikinti-təmir işləri böyük səs-küy narahatlığa və əsəb gərginliyinə səbəb olur. Əslində, bu məsələ kifayət qədər qlobaldır. Dünyanın bir çox ölkələrində də təmir işlərindən narazı olan, mübahisələr yaşayan sakinlər var. Ona görə də həmin ölkələr yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün müxtəlif qanunlar müəyyənləşdiriblər.
Buna misal olaraq, qonşu ölkə Rusiyanı göstərə bilərik. Belə ki, paytaxt Moskvada təmir işlərinin aparılması üçün vaxt məhdudiyyəti qoyulub. Qaydalara əsasən, təmir yalnız həftə içi günlərdə və 09:00-19:00 arası aparıla bilər. İstirahət günləri isə təmir işlərinin görülməsi ümumiyyətlə qadağan edilib.
Hüquq müdafiəçisi Sahib Məmmədov açıqlamasında sözügedən təcrübənin Azərbaycanda da tətbiq olunmasının hələ ki, gözlənilmədiyini bildirib: “Həftə sonlarının səhər vaxtlarında təmir işlərinin salınması yolverilməzdir və etik deyil. Ümumiyyətlə təmir minimum narahatlıqla həyata keçirilməlidir. Bu, birbaşa vətəndaşların istirahət hüququnun pozulmasıdır. Məsələ ölkəmizdə qanunvericiliklə tənzimlənmir. Lakin insanların rahat istirahət etmək hüququ var. Bu halda məsələ ilkin olaraq mülki qaydada həll olunmalıdır. Qonşular öncəliklə danışıq yolu ilə bu narahatlığı aradan qaldırmağa çalışmalıdırlar. Əks təqdirdə isə şikayətçi qonşunun mülki qaydada çoxmənzilli binada birgə yaşayış qaydasını pozması ilə bağlı məhkəməyə iddia verə bilər. Məhkəmənin çıxardığı qərara uyğun şəkildə hər iki tərəf razılığa gələ bilərlər”, - deyən S.Məmmədov bu problemdən əziyyət çəkən şikayətçilərə çözüm yolunu açıqlayıb.
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ
Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA
Paytaxtda bu yollarında tıxac var - SİYAHI
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək - MƏBLƏĞ BİLİNDİ
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı










