Quba RİH: "Nurayı xalasından almaq mümkün olmayıb"

“Quba Rayon Məhkəməsinin qərarına baxmayaraq, 10 yaşlı Nuray Bayramzadə hazırda xalasındadır”. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında Quba Rayon İcra Hakimiyyətinin (RİH) aparıcı məsləhətçi, RİH-in Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Elşad Əliyev deyib.
O bildirib ki, uşağın 10 yaşı təzəlikcə tamam olub:
“Düzdür, hazırda məhkəmə qərarı qüvvədədir. Amma onun 10 yaşı tamam olubsa, qanunvericiliyə uyğun olaraq fikri nəzərə alınır, yəni, yenidən məhkəməyə müraciət etmək mümkündür”.
Elşad Əliyev sosial şəbəkələrdə yer alan görüntülərə də münasibət bildirib:
“Məhkəmə qətnaməsi olubsa, onu icra etmək lazım idi. Məhkəmə qətnamə qəbul edib ki, uşaq atasına verilsin. Amma Nurayı xalasından almaq mümkün olmayıb. Sonda yenə də uşağın fikrinə uyğun hərəkət edilib, yəni, o, hazırda xalasının yanındadır”.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












