Quba-Xaçmaz yolunda təmir işləri yekunlaşmaq üzrədir - VİDEO

Həm turizmin inkişafı baxımından, həm də vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsi üçün xüsusi əhəmiyyətə malik olan Quba-Xaçmaz avtomobil yolunda təmir-bərpa işləri aparılır. “Azəravtoyol” ASC-dən Avtosfer.az-a verilən məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna çıxışı təmin edən sözügedən yolun ümumi uzunluğu 23 km təşkil edir. 2 hərəkət zolaqlı olan yolun ümumi eni 12 m-dir. Bura 7.5 m enində yolun hərəkət hissəsi və 2.25 m enində çiyinlər daxildir. Sözügedən yolun 12 km-lik hissəsinə artıq yeni asfalt-beton örtüyü döşənib, digər ərazilərdə isə asfaltlama işləri davam etdirilir. Bundan başqa yeni yol yatağı və yol əsası inşa edilir, kipləşdirməsi işləri aparılır, yeni asfalt örtüyünün döşənməsi üçün hazırlıq görülür.
Ümumilikdə layihə çərçivəsində yolun 170 min m2 sahəsinə 2 qat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənəcək. İşlər zamanı yolun 12 km-də yerləşən körpünün də təmir olunması nəzərdə tutulub.
Namiq
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












