Quba-Xınalıq yolunda təhlükə: qayalar niyə tökülür? - VİDEO

Quba-Xınalıq yolunda son 3 gündür ki, uçqunlar baş verir. Yola tökülən iri qaya parçaları təhlükəyə çevrilib. Mütəxəssislər bunu havaların isinməsindən sonra qayalar arasında qalan buzların əriməsi ilə yaranan sürüşkənliklə əlaqələndirir.
Qarlı havadan sonra gələn isti hava qayaların axmasına səbəb olub. Bu səbəbdən Quba -Xınalıq yolunda təhlükə yaranıb. Sıldırım qayalıqlar sürüşüb yola tökülür. Qaya parçalarının axması 3 gündür baş verir. Hazırda yolun 29, 34, 35, 51 və 54-cü kilometrliklərində təhlükəli hal var. Sakinlər hər gün bu yollardan istifadə etdikləri üçün narahatdırlar. Quba 6 Saylı Yol İstismar İdarəsinin Quba-İspig-Xınalıq Yol üzrə Sahə rəisi Bilal Sultanov bildirir ki, mütəmadi olaraq hər gün bu yol bağlanır. Texnikaların köməkliyi ilə yol təmizlənir.
Bu yoldan Buduq, Zeyid, Qrızdəhnə, Əlik, Cek, Haput, Bostankeş və Xınalıq kəndləri istifadə edirlər.
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?












