Qubada avtomobil yolunda torpaq sürüşməsi baş verib - FOTO

Quba-Zərqova kənd yolunda torpaq sürüşməsi baş verib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, sürüşmə yolun üç hissəsində qeydə alınıb. Son günlər havaların yağıntılı keçməsi yolda çökməyə və çatların yaranmasına da səbəb olub. Kənd sakinlərinin sözlərinə görə, 9 kəndi rayon mərkəzi ilə birləşdirən yoldan 4 mindən artıq sakin istifadə edir. Kənd sakini Mahir Xudaverdiyev bildirib ki, ərazidə sürüşmə baş verdiyindən avtomobillərin hərəkəti üçün təhlükəlidir. Yolda torpaq sürüşməsinin baş verdiyi ərazilər sakinlər tərəfindən nişanlanıb.
Quba rayon İcra Hakimiyyəti başçısının Zərqova kəndi üzrə nümayəndəsi Fərman Tahirovun sözlərinə görə, mütəxəssislər yolda sürümə baş verən ərazilərə baxış keçirib: “Təbii fəlakətin olduğu bəzi hissələrə daş tökülməsi qadağan edilib, çünki bu, çökməyə səbəb ola bilər. Həmin yerlərdən su ötürücü boruların qoyulmasına qərar verilib. Digər 2 sürüşmə yerinə isə çınqıl və daş tökülüb, təmir işləri yaxın 10 gün ərzində aparılacaq”.
14 km-lik Quba-Zərqova avtomobil yolu 1970-ci illərdə çəkilib, 25 il öncə isə yola asfalt döşənib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI













