Qubada polis iaşə obyektlərinin sahiblərindən pul toplayıb? - DİN-dən AÇIQLAMA

Sosial şəbəkələrdə Qubada polis tərəfindən iaşə obyektlərindən qanunsuz pul yığılması ilə bağlı paylaşımlar edilib.
Paylaşımlar sosial şəbəkədə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub.
Məsələnin nə dərəcədə həqiqəti əks etdirdiyini öyrənmək üçün Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, cari ilin fevral ayı ərzində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirlər həyata keçirilib:
“Həyata keçirilən tədbirlər nəticəsində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təyin olunmuş qaydaları pozaraq fəaliyyət göstərən ümumilikdə beş fakt aşkarlanıb. Həmin obyektlərin sahibləri qanunvericiliyin tələblərinə uyğun olaraq hər biri 3000 manat və qeyd olunan 34 müştərinin də hər biri 200 manat miqdarına inzibati qaydada cərimə olunublar.
Görünür həmin obyekt sahiblərindən hansısa biri qərəzli olaraq belə uydurma məlumat yaymaqla polisin adına ləkə yaxmağa cəhd edir”.
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO










