Qubada sel sakinləri evsiz qoydu - VİDEO

Quba rayonu Çiçi kəndində aramsız yağan yağışlar nəticəsində sel suları yaşayış olan evləri dağıdıb.
Bununla bağlı kənd sakinləri müraciət ediblər.
Sakinlərin sözlərinə görə, evlərin giriş-çıxışını, damları sel yuyub aparıb, mənzillər uçma təhlükəsi ilə üz-üzədir:“Hazırda kənddə yollar bərbad vəziyyətdədir. Sel suları evlərin içinə dolub”.
Vətəndaşlar təhlükə səbəbindən evlərinə girib yaşaya bilmirlər.
Məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan bildirildi ki, hazırda problemlərin aradan qaldırılması istiqamətində işlər görülür: “Təkcə Çiçi kəndində deyil, Qubanın bir çox kəndlərində vəziyyət oxşardır. Ötən gün yağan güclü yağışlar sel daşqınlarına səbəb olub. Sel daşqınları əhalinin təsərrüfatına, yol-nəqliyyat infrastrukturuna, işıq, qaz, rabitə sahəsinə təsirsiz ötüşməyib. Hazırda bütün bunların aradan qaldırılması üçün işlər gedir”.(qafqazinfo)
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ
Yer kürəsində maqnit qasırğası başlayıb
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - Yeni ünvanlar HARA OLACAQ?










