Qubanın dağlıq kəndlərinə gedən yollar qardan təmizlənir

Ötən gecə şimal bölgəsinə yağan qar Quba rayonunun dağlıq kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti üçün problem yaratmayıb. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, noyabrın 22-dən başlayaraq ölkəmizin şimal bölgəsinin dağlıq ərazilərinə güclü qarın yağması Quba-İspik-Xınalıq yolunda avtomobillərin hərəkətini çətinləşdirsə də, həmin istiqamətdəki kəndlərə gediş-gəlişdə məhdudiyyət yaranmayıb. Quba-Xınalıq yolunun 35-37-ci kilometrliyində qar örtüyünün hündürlüyü 10 santimetrdən çoxdur. “Azəravtoyol” ASC-nin yerli idarəsinin canlı qüvvəsi və texnikaları yolun qardan təmizlənməsi üçün əraziyə cəlb olunub. Səhər saatlarından etibarən nəqliyyat vasitələri Xınalıq və digər ucqar kəndlərdən rayon mərkəzinə və əks istiqamətə maneəsiz hərəkət edib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












