Quldurluq hadisəsinin təfərrüatları məlum olub - Lənkərandakı

Lənkəran şəhərində baş verən quldurluq hadisəsinin təfərrüatları məlum olub. Avtosfer.az xəbər verir ki, bu barədə report-a Lənkəran Şəhər Rayon Polis Şöbəsindən (ŞRPŞ) məlumat verilib. Şöbədən bildirilib ki, iyunun 24-də Lənkəran şəhər, T.İsmayılov küçəsi 47 ünvanında yerləşən "Koroğlu" MMC-yə məxsus ofisə basqın edən üç nəfərdən biri əvvəllər bu şirkətdə çalışan Əli Canbulat oğlu Məmmədov olub.
O, tanışları, Bakı şəhər sakinləri Elnur İlqar oğlu Əsgərov və İlqar Musa oğlu Nuriyev ilə birlikdə qabaqcadan əlbir olaraq gecə 12 radələrində maskalı formada, bıçaq və tapançadan istifadə etməklə şirkətin Lənkəran rayonu üzrə ofisinə qanunsuz olaraq daxil olublar. Onlar təftişçi Azər Əlisəfa oğlu Babayevi və operator Rəfail İlham oğlunu Əliyevi silahla hədələyib onlara fiziki zor tətbiq edərək seyfi açmağı tələb ediblər. Seyfin açarının onlarda olmadığına əmin olduqda işçilərin əl-ayaqlarını bağlayıblar. Seyfi ikinci mərtəbədən aşağı atmaq istəyəndə orada çalışan Fuad Niyaz oğlu Əsgərli hadisənin şahidi olub. Bundan təşvişə düşən quldurlar seyf ağır olduğundan onu saxlayıb gəldikləri avtomaşınla hadisə yerindən uzaqlaşıblar. Seyfdə 14 min manat pul olduğu bildirlib.
Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində üç nəfərlik dəstənin iki üzvü tutularaq istintaqa təhvil verilib. Quldurluq əməlini planlaşdıran Əli Məmmədov barəsində isə axtarış verilib. Hələlik onu saxlamaq mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












