Qumarda 10 manata görə dava düşdü - Qadın sürücünü bıçaqladı

Gəncədə sürücü yaralı halda idarə etdiyi avtomobillə qəzaya düşüb. Hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib. 1976-cı il təvəllüdlü Gəncə şəhər sakini Sərdar Mahmud oğlu Məmmədov yığıncaqda mübahisə etdiyi şəxs tərəfindən bıçaqlanıb. O öz avtomobilinə oturaraq xəstəxanaya yollanıb. Onu Goranboy rayon sakini, 1963-cü il təvəllüdlü Mehriban Hidayət qızı Məmmədova da müşaiyət edib. Dövlət nömrə nişanı 22 BJ 376 olan avtomobildə idarəetməni itirən yaralı S.Məmmədov yol kənarındakı divara çırpılıb. Nəticədə sürücü və qadın sərnişini ağır xəsarət alıb. Hazırda bıçaqlanan S.Məmmədov əməliyyata götürülüb, qəzada yaralanan M. Məmmədova isə travmotologiya şöbəsinə yerləşdirilib.
Gəncədə baş verən hadisənin təfərrüatı məlum olub. Qumar oyunu zamanı 10 manat üstündə dava düşüb. Nəticədə Sərdar Məmmədov Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Azər Həmzə oğlu Ələsgərovu döyüb. Bu zaman Azərin həyat yoldaşı Məmmədovu qarın nahiyəsindən bıçaqlayıb. Hadisədə döyülən A.Əsgərov da xəstəxanaya yerləşdirilib. Onun həyat yoldaşı isə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Reporty
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












