Quraşdırılan yol nişanları qəzaların qarşısını niyə almır? - VİDEO

Dayan və yol ver nişanları olsa da, avtomobillərin hərəkəti olduqca çətindir. Səbəb isə prospektlə küçənin kəsişdiyi ərazidə qarşı tərəfdən gələn avtomobillərin görünməməsidir.
Görüntülər Göyçaydandır. Rayon mərkəzində Heydər Əliyev prospekti bir neçə küçə ilə kəsişir. Prospektin küçələrdən biri ilə kəsişməsində isə vəziyyət qəlizdir.
Sürücülərin sözlərinə görə, ərazidə tez-tez qəzalar baş verir.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Mübariz Ağayev "Xəzər Xəbər"ə bildirdi ki, sözügedən yol kəsişməsində qəzalı vəziyyəti ərazi üzrə xidmət aparan yol polisi əməkdaşları mütəmadi olaraq öyrənirlər.
Təhlükəsizliyin təmin edilməsi üçün müfaviq qabaqlayıcı tədbirlər görülür. Nəqliyyat axınının tənzimlənməsi məqsədilə nizamlayıcı qismində işıqfor quraşdırılması məsələsinə isə bir qayda olaraq aidiyyəti quurmlarla birgə müvafiq monitorinq və qiymətləndirmə işləri aparıldıqdan sonra baxılır. Normativ tələblərə uyğun olduğu təqdirdə həmin ərazidə işıqfor quraşdırıla bilər.
Ətraflı videomaterialda.
Bakıda heç kimin fikir vermədiyi yaşlı kişinin köməyinə polis çatdı - VİDEO
Nil Monze bıçaqlandı - FOTOLAR
Ramazan ayının doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Bu, onların tabutuna vurulmuş son mismar idi - İlham Əliyev - VİDEO
Ermənistan hökuməti seçkilərə görə Avropa İttifaqına müraciət edib - POLİTOLOQ
Süni intellekt də Bakı tıxacı ilə bacara bilmir — "Möcüzə mümkün deyil"
Hər kəs Bakıda çəkilən bu görüntülərdən danışır: 5000 manat cəriməsi var — VİDEO
Əhmədlidə təmir edilən yol yenidən yararsız vəziyyətə düşüb - VİDEO
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Prezident İlham Əliyev
Qəza törədən Nuray Muxtarovadan sərt SÖZLƏR - FOTO
Radarlar ödənişli yollarda sürücülərə necə təsir edəcək?










