Qurban bayramı ilə bağlı qaydalar açıqlandı

Qurban bayramında heyvan kəsimi qaydaları və tələbləri açıqlanıb.
Bu barədə Avtosfer.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, qurbanlıq heyvanların kəsimi zamanı bir sıra baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə ciddi əməl olunmalıdır.
Qurumun açıqlamasına görə, Azərbaycan Respublikasında bu sahə “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” sərəncama uyğun olaraq nəzarətdə saxlanılır və qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində mütəmadi tədbirlər görülür:
“Qurban bayramı günlərində heyvanların kəsimi və satışı yalnız aidiyyəti dövlət qurumlarının müəyyən etdiyi xüsusi məntəqələrdə həyata keçirilməlidir. Küçələrdə, yol kənarlarında, məhəllələrdə və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, həmçinin baytarlıq şəhadətnaməsi olmadan heyvanların daşınması yolverilməzdir.
Heyvan kəsimi məntəqələrində aşağıdakı tələblərə əməl edilməlidir:
• Baytarlıq-sanitariya və sanitariya-gigiyena qaydaları təmin olunmalı;
• Məntəqədə fasiləsiz su təchizatı olmalı;
• İşçi heyət mütəmadi tibbi müayinədən keçməli;
• İşçilər xüsusi təmiz geyimlərlə (xalat, əlcək, saç toru, rezin çəkmə və s.) işləməli;
• Çirklənmiş fərdi mühafizə geyimi vaxtında dəyişdirilməli;
• Əraziyə it, pişik və zərərvericilərin daxil olmasının qarşısı alınmalı;
• Tullantılar sanitariya-gigiyena qaydalarına uyğun şəkildə toplanaraq vaxtında kənarlaşdırılmalı;
• İstifadə olunan alət və avadanlıqlar mütəmadi təmizlənib dezinfeksiya edilməlidir”.
AQTA-dan bildirilib ki, bununla yanaşı, heyvanların kəsimi zamanı onların rifahının qorunması və humanist yanaşmanın təmin olunması da vacib tələblərdəndir:
“Qəssab heyvanların rifahını qorumaqla kəsimi həyata keçirməli, proses zamanı sanitar-gigiyenik tələblərə riayət etməlidir. Heyvanlar nəqliyyat vasitəsindən zədələnmədən boşaldılmalı, kəsimədək uyğun şəraitdə saxlanmalı və kifayət qədər içməli su ilə təmin edilməlidir. Kəsim prosesi heyvanda qorxu və stress yaratmamalı, digər heyvanların gözü qarşısında aparılmamalıdır. Kəsim mümkün qədər cəld və heyvana əziyyət vermədən icra olunmalıdır”.
Qurum açıqlayıb ki, qurbanlıq heyvanların cəmdəklərinin satışı ilə bağlı da xüsusi tələblər mövcuddur:
“Satış məntəqələri soyuducu avadanlıqlarla təmin olunmalı və soyuq qida zəncirinə əməl edilməlidir. Sifariş edilən heyvanların kəsimi yalnız qeydiyyatdan keçmiş kəsim məntəqələrində həyata keçirilməlidir.
Həmin satış şəbəkələrində diri heyvan satışı və kəsiminə icazə verilmir. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qanunsuz heyvan kəsimi hallarının qarşısının alınması məqsədilə mütəmadi monitorinqlər aparılır. Vətəndaşlardan qanunsuz fəaliyyət göstərən kəsim məntəqələri barədə aidiyyəti qurumlara və Agentliyin “1003 – Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur”.
Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI
Dehlidə keçirilən BRİCS iclasında nələr müzakirə edilib? - POLİTOLOQ
Prezident İlham Əliyev sükan arxasına keçib - VİDEO
Bakıda bəzi küçələrdə tətbiq ediləcək “yaşıl dalğa” sistemi tıxacı azaldacaq? - DEPUTAT
Avtobusların sayı artır, problem həll olunmur – Səbəb nədir?
Bakının nəqliyyatında yük niyə iki sistemin üzərindədir? – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Azərbaycan Prezidenti: "Avropa Parlamenti rüşvətxorlar yuvasıdır"
Nəqliyyat gəlirlərinin artması Azərbaycana nə qazandıracaq? – İQTİSADÇI
Metroda nasazlıq yarananda sərnişinlərin təhlükəsizliyi necə qorunmalıdır? – AÇIQLAMA
Tıxacda bu hərəkət böyük qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ










