Qurban bayramınız mübarək!

Bu gün Azərbaycanda müsəlmanların müqəddəs Qurban bayramı qeyd olunur. Avtosfer.az xəbər verir ki, Azərbаycаn üfüqündə Zül-hiccə ayının hilalının görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccənin 10-na, Miladi təqvimlə isə 12 sentyabr tarixinə təsadüf edir. Bu gün Azərbaycanın bütün məscidlərində bayram namazı qılınacaq. Həmçinin, Həcc ziyarətində olan azərbaycanlı zəvvarlar qurban kəsəcəklər.
Nazirlər Kabinetinin qərarına əsasən, Qurban bayramı ilə əlaqədar iki gün - sentyabrın 12-si və 13-ü qeyri-iş günüdür. Bu günlərin hər birində qurbаn kəsmək olar. Müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimdə qeyd olunub ki, İslam Aləminin ən əziz və müqəddəs günlərindən biri olan “Eydül-Əzha” - Qurban bayramı İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır olub. Lakin Allah bunu öz elçisinə rəva bilməyib və qurbanlıq üçün ona bir qoç göndərib. Buna görə də bu bayramda kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər.
Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar bu gün və sabah Bakıda və Azərbaycanın bütün bölgələrində qurbanlar kəsiləcək.
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB












