Qurban Qurbanov qəza törədən qapıçı haqda – Danışdı

Azərbaycan Premyer Liqasının 14-cü turunda evdə “İnter”lə heç-heçə edən (0:0) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Qurbanov eyni zamanda 6 aylıq körpənin ölümü ilə nəticələnən qəzanı törədən qapıçı Emil Balayev haqda sualı cavablandırıb:
- Maraqlı oyun alındı. Futbolçuların çıxışından razı qaldım. İlin sonları olsa da, yaxşı oynadılar. Onlara göstərdikləri oyuna görə təşəkkür edirəm. Oyuna gələn azarkeşlərə də təşəkkür edirəm. Bu cür havada komandanı dəstəklədilər. Belə havada oynamaq çətin idi.
- 2016-cı ildə komandadan razı qaldız?
- Düzünü desəm, razı qaldım. Ölk çempionu olduq, kuboku qazandıq və Avroliqada qrupa vəsiqə qazandıq. Minimum vəzifəni yerinə yetirdik. Qrupdan çıxmaq istəyirdik. Ancaq alınmadı. Ötən illərə nisbətən daha çox xal topladıq. Bəzi oyunçuların çıxışından narazı qaldım. Ümumi götürəndə razıyam.
- Qış transfer pəncərəsində yeni transfer olacaq?
- Hücum xəttini gücləndirmək istəyirik. Nə qədər alınacaq bilmirəm. Yerli futbolçu transferi çətindi. Çünki hamısının müqaviləsi var. Yəqin ki, legioner cəlb etməyə çalışacağıq.
-Namiq Ələsgərov son vaxtlar formada deyil. İcarəyə verilə bilər?
- Bu barədə heç bir söz deyə bilmərəm. Nə isə dəyişiklik olsa, bu barədə məlumat verəcəyik. Onu bu gün meydana buraxmaq istəyərdim. Ancaq hava şəraiti yaxşı olmadığından, meydana buraxmadım. Komanda qışda Antalyaya yollanacaq.
- Türkiyədə simpatiya bəslədiyiniz komandanın “Beşiktaş” olduğunu demişdiz. Bu yaxınlarda bu komandayla oynamaq ehtimalınız var.
- Bəli, Türkiyədə “Beşiktaş”a azarkeşlik edirəm. Rəhbərlik səviyyəsində danışıq olub. Oyunun nə vaxt keçiriləcəyini bilmirəm. Bizim üçün yaxşı təcrübə olacaq. Dost ölkə, dost komandaya qarşı oynayacağıq. Fikrimcə, bu oyunun klub üçün faydası çox olacaq.
- Şaranovun komandadan göndərilmək ehtimalı var. Nəzərə alaq ki, son vaxtlar əsas heyətə düşə bilmir...
- Belə bir şey yoxdu. İştirak ərizəsinə 2 qapıçı sala bilərik. Buna görə hərdən kənarda qalır. Ümumilikdə hər komandada 3-4 qapıçı olmalıdı.
- Bu yaxınlarda qəza törətmiş Emil Balayevlə danışmısız?
- O, pis maşın idarə etmir. Bu, hamının başına gələ bilər. Çox üzgündü. Ona səbr diləyirəm. Onda günah axtarmaq, tənqid etmək düzgün olmaz.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










