Qurbanların sayı durmadan artır - Dələduzlardan özümüzü necə qoruyaq? - VİDEO

Son bir həftə ərzində dələduzlar vətəndaşların bank hesablarından 180 min manatdan çox pul oğurlayıb. Avtosfer.az xəbər verir ki, son zamanlar demək olar ki, bütün informasiya platformalarında kiberhücumlarla bağlı kifayət qədər məlumat paylaşılsa da, belə dələduzların qurbanları günbəgün artır. Dələduzlar vətəndaşları aldatmaq üçün adətən özlərini ya bank əməkdaşı, ya da süni intellekt vasitəsilə səs eyniləşdirilməsi aparıb zərərçəkənin qohumu qismində təqdim edirlər. Vətəndaş bir də ayılır ki, pulu oğurlanıb. Ekspertlər arzuolunmaz hallardan qorunmaq üçün iki yol təklif edirlər. "Xarici nömrələrdən gələn zənglərə diqqət etmək lazımdır. Bank və ya dövlət qurumu adı ilə müraciət olunursa, bu, dələduzluq növüdür. Bundan əlavə, heç kimə bizə məxsus olan məlumatları ötürməməliyik. Bununla da özümüzü bütün təhlükələrdən qorumuş olarıq", - deyə informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirib.
Ətraflı Baku TV-nin süjetində:
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ
Bakıda yeni metrostansiya bu əraziləri əhatə edəcək - Bəs stansiyanın adı nə olacaq? - AÇIQLAMA
Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günüdür
Yüklə dolu maşınlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qalıb - Sürücülərdən şikayət - VİDEO
Azərbaycanda zəlzələ olub – FOTO
Ramazan ayının dördüncü günün duası - İmsak və iftar vaxtı
Dövlət Mühafizə Xidməti öz işini icra edib: Təxribatın hüquqi təhlili - VİDEO
“İmprotex Motors”la bağlanan 2 milyonluq müqavilə iddialarına - MİLLİ MƏCLİSDƏN CAVAB
“Mənim corabımın qiyməti sənin maaşından çoxdur” - Tanınmış aparıcıdan diqqət çəkən paylaşım
Nazir SƏS YAZILARINDAN sonra QƏRAR VERDİ – Şöbə müdiri işdən çıxarıldı
Ramazan ayının üçüncü gününün duası - İmsak və iftar vaxtı








