Quru sərhədlər bu tarixdə açılsın - Deputatdan Operativ Qərargaha ÇAĞIRIŞ - VİDEO

"Operativ Qərargah tərəfindən quru sərhədlərin açılması ilə bağlı qərarın bu dəfə də verilməməsi məni çox məyus etdi. Çünki biz vətəndaşların təzyiqi altında qalmışıq". Avtosfer.az xəbər verir ki, bu fikirləri "Xəzər Xəbər"ə millət vəkili Razi Nurullayev deyib.
O əlavə edib ki, çox sayda insan uzun müddətdir sərhədin o tərəfində qalıb, turistlər ölkəmizə gələ bilmirlər. Həmçinin, 1 milyona yaxın Azərbaycan vətəndaşı da məhz quru sərhədlərindən istifadə etməklə kiçik alış-verişlə məşğul olur, ailəsini dolandırırdı. Bu isə dövlətin üzərində olan yükü xeyli azaldırdı.
Millət vəkili həmçinin bildirib ki, quru sərhədlərinin açılması ilə bağlı məsələ Milli Məclisdə də dəfələrlə müzakirəyə çıxarılıb. Elə sabahkı sessiyada da məsələ yenidən qaldırılacaq. Deputatın sözlərinə görə, hava yolu açıq olan ölkədə quru sərhədinin hələ də bağlı qalması məntiqsiz yanaşmadır.
Qeyd edək ki, Operativ Qərargahın son qərarı ilə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağası, həmçinin şənliklərlə bağlı məlumatların portala daxil edilməsi tələbləri ləğv olunub. Xüsusi karantin rejiminin müddəti isə sentyabrın 1-nə kimi uzadılıb.
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO
İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI










