Quru sərhədlər bu tarixdən açılır? - VACİB MƏLUMAT

Kütləvi informasiya vasitələrində quru sərhədlərin noyabrın 10-dan etibarən açılacağı ilə bağlı məlumatlar yayılıb. Belə ki, sərhədlərin mərhələli formada və təxminən 1 ay müddətində tam şəkildə açılacağı deyilir. Cəmiyyətdə birmənalı qarşılanmayan bu məlumat bəziləri tərəfindən müsbət qarşılansa da, məlumata inanmayanlar da çox olub.
Karantin rejiminin ilk dövrlərindən bu günə qədər hələ də qapalı olan quru sərhədlərin açılması ilə bağlı bu məlumat nə qədər realdır?
Avtosfer.az-ın məlumatına görə, Milli Məclisin deputatı Fazil Mustafa Manset.az-a açıqlamasında bildirib ki, KİV-də yayılan bu məlumat həqiqəti əks etdirmir və bu qədər yaxın müddətdə də belə bir qərar gözlənilmir:
“Belə bir məlumat həqiqəti əks etdirmir. Bununla bağlı qərar hansısa qərar yoxdur. Lakin bununla bağlı düşünülməlidir. Artıq dəfələrlə qeyd etmişəm ən azından tələbələr, xaricə müalicə almaq məqsədilə gedən şəxslər üçün sərhədlərin açılmasının vacib olduğunu düşünürəm. Amma bu müəyyən qədər də təhlükəsizlik məsələsi ilə bağlı bəzi problemlərin aradan qaldırılmasına kömək edən vasitədir".

Deputat qeyd edib ki, bəzən bu cür məhdudiyyətlər ölkəni daha qlobal təhlükələrdən qoruyur.
“Vətəndaşlar da təhlükəsizlik məqsədilə olduğunu nəzərə alaraq bu məhdudiyyəti anlayışla qarşılamalıdır. Amma bu o demək deyil ki, məhz bu səbəbdən həssas təbəqədən olan insanlar daha çox əziyyət çəkməlidir. Qeyd etdiyim kimi, bu situasiyada tələbələrin və xəstə insanların vəziyyətini də anlamaq olduqca vacibdir. Əks halda bu, daha böyük sıxıntıları özü ilə gətirə bilər”.
Bakının iki böyük qəsəbəsini birləşdirən yol tikilir - VİDEO
Sürücülər üçün təhlükə törədən səki - "Nə işıq, nə yol nişanı var" - VİDEO
Bakıda yaşıllıq məhv edilərək yerində restoran tikiləcək? - VİDEO
Yeni Ələt–Astara magistralında qatı duman hərəkəti çətinləşdirib
Avtomobillər buzlu yollarda qəza edir - Qardan sonra fəsadlar - VİDEO
Gecə saatlarında sürət yarışları keçirilən yol - Nə radar var, nə kamera - FOTOLAR
Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? - AÇIQLAMA
Bir mübahisə, onlarla zərərçəkən: "Peşəkar sürücülərin çoxu Avropaya üz tuturlar"
Günay Ağamalı AVP sədri seçildi - YENİLƏNİB
Təyyarə qalmaqalında kritik nöqtə – Putin sözünü niyə tutmadı?
Paytaxtın bu küçələrində tıxac var - SİYAHI











