Qurumlar yolu qazıb, sonra bərpa etməyib; sakinlər narazıdır - VİDEO

Sumqayıtda yolun bərbad vəziyyəti sürücülərə çətinlik yaradır.
Sumqayıt şəhərində yol infrastrukturu ilə bağlı problemlər aktuallığını qoruyur. Şəhərin A.Quliyev küçəsi ilə Bakı küçəsinin kəsişməsində yerləşən yolun vəziyyəti uzun müddətdir ki, sürücülərin narazılığına səbəb olur.
Avtosfer.az xəbər verir ki, sözügedən ərazidə yol örtüyü ciddi şəkildə deformasiyaya uğrayıb. Asfalt qatında çoxsaylı çuxurlar yaranıb ki, bu da nəqliyyat vasitələrinin hərəkətini xeyli çətinləşdirir. Xüsusilə pik saatlarda həmin yolayrıcından keçən avtomobillər sürəti azaltmağa məcbur qalır, bu isə həm tıxacın yaranmasına, həm də qəza riskinin artmasına səbəb olur.
Sürücülər bildirirlər ki, yolun bərbad vəziyyəti avtomobillərin asqı sisteminə və təkərlərinə ziyan vurur. Yağışlı havalarda isə çuxurlar su ilə dolduğundan onların dərinliyini müəyyən etmək mümkün olmur və bu, əlavə təhlükə yaradır.
Sakinlərin sözlərinə görə, problem uzun müddətdir mövcuddur, lakin indiyədək yolun bərpası istiqamətində ciddi addım atılmayıb. Qurumların yolda apardığı təmir işlərindən sonra infrastrukturu bərpa etməmələri sakinlərin hərəkətinə mane olur.
Eltac Zülfüqaroğlu
Cərimə meydançası ilə bağlı xərclər sürücüyə QAYTARILACAQ
Ödənişli yollarda sürət həddi müəyyənləşir - 130 da olacaq, 90 da...
Ermənistan üçün çıxış yolu, Azərbaycan üçün yeni tərəfdaşlıq mərhələsi - ABŞ-dən tarixi səfər
Benzinin qiyməti ilə bağlı MÜHÜM AÇIQLAMA
Tramvaylar nəqliyyat yükünü azalda biləcək? - AÇIQLAMA
Orta Dəhlizin daha bir davamına çevriləcək yeni dəmir yolu tikilir - Azərbaycan Prezidenti
Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq - İlham Əliyev
Təhlükə anında bir düymə ilə polis çağırışı - Bu cür tətbiq yaradılacaq? – AÇIQLAMA
Şagird müəllimini qısqandığı üçün güllələyib? - ŞOK İDDİA
Paytaxtın 17 küçəsində tıxac var – SİYAHI
Taksi sürücülərinə şad xəbər: Qiymətlər artırıldı – RƏSMİ AÇIQLAMA










