Qusarda doğulan üçəmlərin atası Murovda xidmət edir - FOTOLAR

Müdafiə Nazirliyinin bir qrup əməkdaşı Qusarda doğulan üçəmlərin atası, hərbi qulluqçu Əmrulla Əmrəliyevin ailəsinə baş çəkib. Avtosfer.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, 10 ilə yaxındır silahlı qüvvələrin hərbçisi olan gizir Əmrulla Əmrəliyev ön cəbhədə, Murovdağ bölgəsində qulluq edir. Görüşdə iştirak edən Nazirlik rəsmisi Abdulla Qurbani bildirib ki, Əmrulla Əmrəliyev xidmətdə seçilən, nümunəvi hərbçilərdəndir. Döyüş və mənəvi-psixoloji hazırlıq əlaçısıdır. Ailə vəziyyəti ilə əlaqədar xidmətini doğma rayonuna yaxın hərbi hissələrin birində davam etdirmək təklif olunsa da, o, cəbhə bölgəsində qalmaq istədiyini bildirib.
Qeyd edək ki, üçəmlər dekabrın 24-də Prezident, Ali Baş Komandan İlham Əliyevin doğum günündə dünyaya gəldiyindən oğlan uşağına İlham adı qoyulub. Qız uşaqlarına isə Fatimə və Zəhra adları verilib.



İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












