Qusarda polis əməkdaşları qan veriblər - FOTO

"Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı"na və Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Talassemiyasız həyat naminə" proqram layihəsinə uyğun olaraq paytaxtda və bölgələrdə qanvermə aksiyaları keçirilir. DİN-dən Avtosfer.az-a veriəln məlumata görə, "Qan ver, yaşat!" devizi ilə gerçəkləşən bu nəcib və humanist aksiyada daxili işlər orqanlarının əməkdaşları da fəal iştirak edirlər. Növbəti belə tədbir Qusar Rayon Polis Şöbəsi, Şahdağ Polis Bölməsi və rayonun Mərkəzi Xəstəxanasınn birgə təşkilatçılığı ilə keçirilib. Aksiyada Qusar RPŞ-nin rəisi, polis polkovniki Zaur Bədəlov, rəis müavinləri, eləcə də Şahdağ PB-nin rəisi, polis mayoru Səbuhi Rüstəmov birincilər sırasında olmaqla şəxsi heyət iştirak edib. Polis polkovniki Zaur Bədəlov bu nəcib təşəbbüsə qoşulmağı səhhəti imkan verən hər bir əməkdaşın vətəndaşlıq borcu olduğunu diqqətə çatdırıb. Polis əməkdaşları əvvəlcə tibbi müayinədən keçiriliblər. Sonra isə qan vermək üçün masalara yaxınlaşıblar.
Qeyd edək ki, gün ərzində yığılmış qan Mərkəzi Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Emin




İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












