Qusarda təbii fəlakət: 22 ev su altında qalıb, 3 ev dağılıb
Gündəm
25 İyun 2016 01:22

Arıçılıq təsərrüfatına ciddi ziyan dəyib
Qusarın Kuzun kəndinə yağan leysan yağışları nəticəsində 22 ev su altında qalıb, 3 ev tamamilə dağılıb. Bu barədə "Report"a Qusar rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Şahid Fərəməzov məlumat verib. Onun sözlərinə görə, təbii fəlakət nəticəsində kəndin yolları yararsız hala düşüb, elektrik və rabitə dirəklərini və mal-qaranı sel aparıb, arıçılıq təsərrüfatına ciddi ziyan dəyib. "Kəndin girişindəki körpünün bir hissəsini də su aparıb. Bir çox evlərin divarları uçulub. Yağıntılar 3 saata yaxın davam edib", - deyə komissiya sədri bildirib. Ş.Fərəməzov hazırda FHK əməkdaşlarının və texnikasının hadisə yerinə cəlb olunduğunu və fəsadların aradan qaldırılması istiqamətində iş aparıldığını qeyd edib.
Oxunub : 1706
DİGƏR XƏBƏRLƏR
13 Oktyabr 2026 20:35
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
13 Oktyabr 2026 20:30
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
13 Oktyabr 2026 18:15
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
13 Oktyabr 2026 18:11
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
13 Oktyabr 2026 17:41
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
13 Oktyabr 2026 15:11
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
13 Oktyabr 2026 14:30
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
13 Oktyabr 2026 14:11
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
13 Oktyabr 2026 12:00
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
13 Oktyabr 2026 11:30
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
13 Oktyabr 2026 11:00
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
13 Oktyabr 2026 08:33
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
ŞƏRH YAZ













