Radar bəzi nömrələri niyə DÜZ OXUMUR? – “902”yə zəng edin – VİDEO

Bir sürücünün törətdiyi inzibati xətanın cəriməsi oxşar dövlət qeydiyyat nişanlı başqa bir sürücüyə gedir. Xüsusən də bu cür hallara son illərdə tez-tez rast gəlinir.
Bəs niyə xüsusi texniki vasitələr həmin nömrələri ayırd edə bilmir?
Avtosfer.az-ın məlumatına görə, ''P-ni, B'', ''C-ni O'', ''O-nu Q'' və yaxud da ''3-ü 8'', ''6-nı isə 0'' kimi oxuyub cərimələr yalnış sürücülərə göndərilir.
Hələ üstəlik bəzən cərimənin növündən aslı olaraq bal da yazılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elburus İbrahimov deyir ki, radar sistemində bəzi hallarda texniki nasazlıq ola bilir. Amma bu da dərhal aradan qaldırılır.
Belə hal aşkar edildikdə vətəndaşlar Baş Dövlət Yol Polisi İdarəsinin ''902'' qaynar xəttinə avtomobilinin dövlət qeydiyyat nişanı və markası ilə bağlı məlumat verməlidirlər. Həmin fakt araşdırılır və məlum olur ki, qaydanı həmin sürücü pozmayıb, cərimə məbləği və bal inzibati xəta törədən sürücüyə yönəldilir.
Polis bildirir ki, bu cür halların baş verməməsi üçün, sürücülər dövlət qeydiyyat nişanını təmiz saxlamaqla yanaşı, hansısa bir rəqəm və yaxud da hərfdə pozulma faktı aşkar edilən kimi nasazlığı aradan qaldırmalıdırlar.
Ətraflı videomaterialda.
Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?
Xəbərdarlıq edildi: SABAH DİQQƏTLİ OLUN
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ
Bakıda yeni metrostansiya bu əraziləri əhatə edəcək - Bəs stansiyanın adı nə olacaq? - AÇIQLAMA
Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günüdür
Yüklə dolu maşınlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qalıb - Sürücülərdən şikayət - VİDEO
Azərbaycanda zəlzələ olub – FOTO
Ramazan ayının dördüncü günün duası - İmsak və iftar vaxtı
Dövlət Mühafizə Xidməti öz işini icra edib: Təxribatın hüquqi təhlili - VİDEO
“İmprotex Motors”la bağlanan 2 milyonluq müqavilə iddialarına - MİLLİ MƏCLİSDƏN CAVAB











