Ramil Usubov Arizona ştatının spikerini qəbul edib

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkədə səfərdə olan ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının spikeri Cavan Mesnardı qəbul edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Azərbaycanın ABŞ ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdıran nazir iki dövlət arasında qarşılıqlı etimada əsaslanan əlaqələrin yaradılmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini və onun 1997-ci ilin yayında ikitərəfli münasibətlərin zirvəsi hesab olunan ABŞ-a rəsmi səfərini məmnunluqla xatırladıb. Ulu Öndərin ölkəmizin dünyaya inteqrasiyasının, bölgədə lider dövlətə çevrilməsinin, müstəqil siyasət yeritməsinin əsasını qoymuş kursunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Birləşmiş Ştatlarla bütün sahələrdə əlaqələrin bu gün yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.
Daxili işlər orqanlarının fəaliyyətinin beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni normativ hüquqi bazanın yaradılması, bu işdə xarici ekspertlərin yaxından iştirakı və digər sahələrdə görülən işlər də diqqətə çatdırılıb.
Cavan Mesnard Azərbaycanda ilk dəfə olduğunu, səfəri çərçivəsində Bakı və regionlar ilə tanışlığının, ölkəmizin ecazkar təbiətinin, sürətli iqtisadi inkişafının, hər yerdə insanların dostluq və qonaqpərvərlik nümayiş etdirməsinin onda dərin təəssüratlar yaratdığını bildirib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.
Elmin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












