Ramil Usubov general-leytenant Sergey Umnovu qəbul edib – FOTO

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarəsinin rəisi, polis general-leytenantı Sergey Umnovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, sentyabrın 19-da Sergey Umnov və onu müşayiət edən şəxslər əvvəlcə Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub, əziz xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılaraq məzarı üstünə tər çiçəklər düzülüb.
Daxili işlər naziri Ramil Usubov polis general-leytenantı Sergey Umnovu qəbul edib. Qonağı salamlayan nazir Azərbaycan Respublikasının və Rusiya Federasiyasının prezidentləri - cənab İlham Əliyev və cənab Vladimir Putinin siyasi iradələrinə uyğun olaraq, son illər qarşılıqlı səfərlər, keçirilən yüksək səviyyəli görüşlər, aparılan danışıqlar nəticəsində ölkələrimiz arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdiyini məmnunluqla qeyd edib. Bu kontekstdə Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevin başçılıq etdiyi nümayəndə heyətinin ötən ilin dekabr ayının əvvəllərində Bakıya rəsmi səfəri, 2017-2019-cu illərdə Daxili İşlər nazirlikləri arasında qarşılıqlı yardım haqqında Protokolun imzalanması, müxtəlif istiqamətlərdə, o cümlədən, cinayətlərin açılması, axtarışda olanların tutulması, onların ekstradisiyası, sərhədyanı regionlarda birgə razılaşdırılmış tədbirlərin təşkili diqqətə çatdırılıb.
Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi, o cümlədən Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarə ilə əlaqələrin daha da möhkəmləndirilməsinə, xüsusən kadr hazırlığı, məlumat və təcrübə mübadiləsinə ciddi diqqət yetirildiyini bildirən nazir əməliyyat-xidməti fəaliyyətin əsas istiqamətləri üzrə əməkdaşlığın genişlənməsində Azərbaycan tərəfinin qərarlı olduğunu, bu səfərin ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verəcəyinə inandığını bildirib.
Səmimi qəbula və ətraflı məlumata görə daxili işlər nazirinə təşəkkür edən polis general-leytenantı Sergey Umnov əməkdaşlığın dərinləşdirilməsində rəhbərlik etdiyi qurumun da maraqlı olduğunu vurğulayıb, səfərinin bu məqsədə xidmət edəcəyinə əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də ətraflı müzakirə edilib.
Səfər çərçivəsində rusiyalı qonaqlar Daxili İşlər Nazirliyinin “102-Zəng Mərkəzi” və “Təhlükəsiz şəhər” xidmətlərinə, həmçinin Əlahiddə Çevik Polis Alayına gedərək həmin qurumların işi və fəaliyyət istiqamətləri ilə yaxından tanış olublar.
Elmin
Bu ölkədə benzin bahalaşdı, gediş haqqı pulsuz oldu
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının səbəbləri - VİDEO
Bakı-Qazax yolunun Nəvahi ərazisindən keçən hissəsində hərəkət bərpa olunub - AAYDA
Xəzərin səviyyəsindəki dəyişiklik turizm üçün yeni yanaşma tələb edir - MEMAR
Çin avtomobilləri yağış sınağından çıxmadı
Paytaxtın yükü 4 dəfə artıb, amma kanalizasiya sistemi yenilənməyib - MEMAR
Sürücüləri təhlükəyə atan yol: Bir gündə onlarla maşının təkəri sıradan çıxdı - VİDEO
Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - VİDEO
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO










