Ramil Usubov Gürcüstandadır – FOTO

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvilinin dəvəti ilə avqustun 2-dən 4-dək bu ölkədə rəsmi səfərdədir. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, nazirlərin avqustun 3-də keçirilən görüşündə Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinin müəyyənləşdirilmiş strategiyaya uyğun uğurla inkişaf etdiyi, hər iki ölkə rəhbərliyinin qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsinə xüsusi önəm verdiyi qeyd olunub. Eyni zamanda, dövlətlərimizin müvafiq qurumları arasında əməkdaşlığın, ilk növbədə, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, xüsusən narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiya ilə mübarizə sahəsində birgə işbirliyinin, təcrübə və informasiya mübadiləsinin, yaradılmış normativ-hüquqi bazanın yaxın dost və strateji tərəfdaş olan ölkələrimizin mənafeyinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət etdiyi diqqətə çatdırılıb.
Görüşdə regional təhlükəsizlik sahəsində, o cümlədən sərhədyanı bölgələrdə əməkdaşlığın mövcud vəziyyəti və prioritet istiqamətləri barədə ümumi fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.
Elmin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












