Ramil Usubov sürücüləri təhlükədən belə xilas etdi

Bakı-Sumqayıt xətti ilə fəaliyyət göstərən taksi sürücülərinin biri avtovağzal istiqamətində çökməkdə olan yolla bağlı maraqlı informasiya verib. Sürücünün sözlərinə görə, uzun müddətdir ki, çökmə səbəbi ilə daralan, bərbad vəziyyətə düşən yolun təmirinə daxili işlər naziri Ramil Usubovun göstərişi ilə xeyli sayda texnika cəlb edilib. DİN şefinin məlum problemə diqqət yetirməsinə isə səbəb bu gün səhər saatlarında Sumqayıt istiqamətində hərəkət edən R.Usubovun avtomobilinin çökmə zolağında yararsız vəziyyətə düşmüş asfalt örtüyü ilə qarşılaşması olub. Məlumata görə, avtomobildən düşüb əraziyə baxış keçirən R.Usubov daha sonra gün ərzində minlərlə sürücü üçün həyati təhlükə kəsb edən, böyük tıxaclara, vaxt və enerji itkisinə səbəb olan problemin həlli istiqamətində qəti göstəriş verib. Məhz R.Usubovun müdaxiləsindən sonra əraziyə qısa müddətdə çoxsaylı texnika cəlb edilib. Çökmə səbəbi ilə sıradan çıxan yolun bərpası və asfaltlanması istiqamətində iş aparılıb.
Mənbə R.Usubovun məlum göstərişinin minlərlə sürücü tərəfindən minnətdarlıq hissi ilə qarşılandığını, DİN şefinin bu addımının hər gün Bakı-Sumqayıt yolu ilə hərəkət edən on minlərlə insanı tıxac əziyyətindən xilas edəcəyini bildirib və bütün sürücülər adından daxili işlər nazirinə təşəkkür etdiklərini ictimailəşdirməyi xahiş edib.
Biz də insanların probleminə həssaslıqla yanaşan, aylar uzunudur ki, davam etsə də heç bir kəsərli tədbir görülməyən bu problemin qısa zamanda operativ həllinə nail olan daxili işlər naziri hörmətli Ramil Usubova öz minnətdarlığımızı bildiririk.
moderator.az
Avtosalondakı dələduzluq şəbəkəsi: 23 avtomobilin "müəmmalı" taleyi - VİDEO
Yeni yarasa virusu və yeni pandemiya riski XƏBƏRDARLIĞI
İrəvandan təxribat - Bakı hərəkətə keçdi
Bəzi marşrutların hərəkət sxemi dəyişdirilir
Paytaxtın 20 küçəsində sıxlıq müşahidə edilir - SİYAHI
“AzParking” əməkdaşının mülki geyimdə cərimə yazması ilə bağlı ŞİRKƏTDƏN AÇIQLAMA
Vahid Ələkbərovun şirkəti risk altında; “Lukoil”in taleyi necə olacaq? – Politoloq AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Paytaxtın bu küçələrində sıxlıq müşahidə edilir - SİYAHI - FOTO
Hövsan yolunda yaranmış dərin çuxur sürücüyə ziyan vurdu - VİDEO










