Ramil Usubov Tacikistana səfərə gedib

Azərbaycanın daxili işlər naziri Ramil Usubov Tacikistana səfərə gedib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, o, MDB-yə üzv dövlətlərin Daxili İşlər Nazirləri Şurasının paytaxt Düşənbədə keçiriləcək növbəti iclasında iştirak edəcək.
Bu gün keçiriləcək iclasda iştrak etmək üçün Tacikistan paytaxtına, həmçinin Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Özbəkistanın DİN rəhbərləri də gəlib.
İclasda cinayətkarlıqla mübarizə, əməliyyat-axtarış fəaliyyətinin aktual problemləri üzrə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunacaq. Görüşdə, həmçinin əvvəllər beynəlxalq terrorçuluq, ekstremizmin digər təzahürləri, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə və digər birgə hüquq-mühafizə tədbirləri üzrə qəbul olunmuş qərarların icrasının gedişatı nəzərdən keçiriləcək.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












