Ramil Usubov vətəndaşları qəbul edəcək

Gündəm 5 İyun 2017 13:53
Ramil Usubov vətəndaşları qəbul edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2017-ci il iyun ayının 24-də Quba Rayon Polis Şöbəsində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarının sakinlərini qəbul edəcək. Bu barədə Avtosfer.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. 

Oxunub : 1738
ŞƏRH YAZ
Ad

E-mail

Şərh