Ramiz Mehdiyev və Əli Kərimli ilə bağlı yeni sübutlar hansı gizli əlaqələri üzə çıxardı? - VİDEO

Getdikcə maskalar yırtılır, hansı əllərin hansı ciblərdən, hansı məbləğlərlə çıxdığı məlum olur.
Yeni sübutlar göstərir ki, Milli Şura Azərbaycandakı çevrilişə dəstək verməsi üçün Rusiyaya təkcə məktub yazmayıbmış. Texnologiyanın yaratdığı imkanlardan da istifadə ediblər. Məsələn, Əli Kərimlinin xaricdə gizlənən əlaltısı Qənimət Zayıdov şefinin tapşırığı ilə Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri ilə danışıqlar da aparıbmış.
Baku TV-nin xəbərinə görə, həmin illərdə Əli Kərimli üzdə Azərbaycan hakimiyyətini guya Rusiyaya yaxınlıqda ittiham edir. Alt qatda isə hakimiyyətə gələcəyi təqdirdə ölkəni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşacağını vəd edirmiş. Siyasi riyakarlığın və ikiüzlülüyün bundan yüksək həddini, hətta təsəvvür etmək də çətindir.
Yaxud üzdə "Qarabağ, Qarabağ" deyən Əli Kərimli əlaltıdan həqiqi vətənpərvər insanların Qarabağ şüarı ilə keçirilən səmimi yürüşünü ixtişaş və qarşıdurmaya çevirmək üçün müşaviri Fuad Qəhrəmanlıya göstəriş verirmiş.
Ramiz Mehdiyevin 2025-ci ilin avqust-sentyabr aylarında hazırladığı məktubu Əli Kərimliyə göndərməsi isə sübut edir ki, onların birlikdə xarici kəşfiyyata işləmələri aradan keçən bütün illər ərzində davam edib.
Bütün bunların fonunda, Ramiz Mehdiyevin cinayət yolu ilə əldə etdiyi 17 milyon manat o qədər də təəccüblü gəlmir. Çünki məbləğ nə qədər böyük olursa olsun, Vətənə xəyanət olan yerdə başqa hər şey kiçik görünür. Vətəni satmağa hazır adamın başqa hansı cinayətinə təəccüblənmək olar ki?!
İsrail ŞOK siyahı yaydı – Onlar da ÖLDÜRÜLƏCƏK - FOTO
Pezeşkian bu gün üzr istəyir, sabah İran yenə qonşularına dron hücumu edir - POLİTOLOQ
ABŞ-İsrail qüvvələri açıqladıqlarının əksinə, İranı niyə məğlub edə bilmir? – Ekspertlər ŞƏRH ETDİ
Prezident pensiyalarla bağlı QANUNA DƏYİŞİKLİK ETDİ
36 ildir Prezidentin təhlükəsizliyini təmin edir - Bu gün yubileyidir
Ramazan ayının iyirminci gününün duası - İmsak və iftar vaxtı
Prezident İlham Əliyev Türkiyəyə raket hücumunu qınadı
"Türkiyəyə raket hücumunu qətiyyətlə pisləyirik" - Azərbaycan MN
Sovet Azərbaycanında 8 Mart təbliğatı - FOTOLAR
Ramazan ayının on doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib










